...

Ermənilərin əsir götürdüyü Azərbaycan əsgəri valideynlərinə məktub göndərib

Cəmiyyət Materials 18 May 2007 17:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir, K. Zərbaliyeva/ Ermənilər tərəfindən əsir götürülmüş Azərbaycan əsgəri Samir Məmmədovun valideynləri övladlarına növbəti dəfə məktub göndərib. Əsgərin valideynləri cümə günü Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Xuan Karlos Və Komitənin Bərdə ofisinin rəhbəri Xudaverdi Rzayevlə görüşüblər. Bu barədə məlumat verən əsirin əmisi Vidadi Məmmədov Trend ə bildirib ki, görüşdə Samir Məmmədovla bağlı son məlumatları öyrənmək istəyiblər.

BQXK-nın nümayəndələri Samir Məmmədovla sonuncu dəfə mayın 11-də görüşdüklərini və onun səhhəti ilə bağlı probleminin olmadığını bildiriblər. Əisirin anası oğluna yazdığı məktubu BQXK-nın nümayəndələrinə təqdim edib. Onlar məktubun BQXK-nın İrəvandakı nümayəndələrinə çatdırılacağını vəd ediblər.

Azərbaycan Silahlü Qüvvələrinin əsgəri, kiçik çavuş Samir Məmmədov ötən il dekabrın 24-də ermənilər tərəfindən əsir götürülüb. Məmmədov valideynlərinin yazdığı sonuncu məktublara cavab yazmayıb. Əsirin valideynləri ona ermənilər tərəfindən təzyiq olunduğunu və məktubların ona çatdırılmadığını iddia edir.

Qazax rayonundakü N saylı hərbi hissənin əsgəri, Bərdə rayon hərbi komissarlığından hərbi xidmətə çağrılan S. Məmmədov hərbi hissədən 15 kilometr aralıda, Qazax-İcevan sərhədində ermənilər tərəfindən əsir götürülüb.

Xəbər lenti

Xəbər lenti