...

Azərbaycanlı hokkeyçilər "AtaHolding Hockey Champions Challenge" turnirinin medalları uğrunda mübarizə aparmaq şanslarını saxlayırlar

Cəmiyyət Materials 11 İyun 2007 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "AtaHolding Hockey Champions Challenge" beynəlxalq turnirindəki uğursuz starta baxmayaraq, Azərbaycanın otüstü hokkey üzrə yığması medallar uğrunda mübarizə aparmaq şanslarını qoruyub saxlayır.

İki turdan sonra komandamızın aktivində hesabat xalları yoxdur. Millimiz 2-5 yerlərdə qərarlaşan Yeni Zelandiya, Çin, İngiltərə və ABŞ yığmalarından 3 xal geridədir. İndi Tahir Zamanın yetirmələri qalan üç oyunda yalnız qələbə qazanmalıdır ki, heç olmasa bürünc medalları qazana bilsinlər.

Dünya reytinqinin ikinci altılığında çıxış edən komandaların turnirdə vahid lideri Koreya yığmasıdır. Məhz koreyalılar iyunun 12-də keçiriləcək üçüncü turda yığmamızın rəqibi olacaq.

Xəbər lenti

Xəbər lenti