...

Gürücstanda yaşayan azərbaycanlıların problemlərini işıqlandıran KİV-lər diplomla təltif ediləcək

Cəmiyyət Materials 18 İyun 2007 13:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının (GAMA) Ali Məclisi Gürcüstanda yaşayan azərbaycanlıların problemlərini obyektiv və mütəmadi işıqlandıran 10 kütləvi informasiya vasitəsini fəxri diplomla təltif edəcək. Mükafatların təqdimat mərasimi iyulun 10-da keçiriləcək.

Bu barədə GAMA-nın rəhbəri Daşqın Gülməmmədov məlumat verib.

Ötən il iyulun 15-dən etibarən 300 kütləvi informasiya vasitəsinin monitorinqi aparılıb. Bu monitorinqin hər il keçirilməsi nəzərdətutulub və Gürcüstan azərbaycanlılarının yaşayışı, prolblemləri barədə məlumatlar yayan KİV-lər mükafatlandırılacaq.

Bu il mükafat alacaq KİV-lər bunlardır: Türkiyənin TREND ", "Olaylar" informasiya agentlikləri, www.day.az informasiya saytı, "Həftə içi", "Olaylar", "Xalq cəbhəsi" qəzetləri və Cənubi Qafqazın "NOVIY Reqion" ( www.nregion.com ) nəşridir.

Xəbər lenti

Xəbər lenti