...

Azərbaycanlı voleybolçular Yeltsin Kubokunda Hollandiyaya məğlub olublar

Cəmiyyət Materials 29 İyun 2007 11:45 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın voleybol üzrə qadınlardan ibarət yığması Rusiyanın birinci prezidenti Boris Yeltsin Kubokuna məğlubiyyətlə başlayıb.

Trend in xəbərinə görə, komanda "quru" hesabla ötənilki yarışın bürünc mükafatçısı olan Hollandiya millisinə yenilib - 0:3. İlk partiyada hollandlar voleybolçularımızı 25:14 hesabı ilə udublar.

Fasilədən sonra isə Faiq Qarayevin yetirmələri görüşün gedişatını dəyişməyə cəhd göstəriblər. Lakin onlar bunu edə bilməyiblər və hollandlar ikinci partiyanı 25:19 hesabı ilə udublar. Üçüncü partiyada da "narıncılar"ın diqtəsi altında keçib - 25:14. Bu qələbədən sonra hollandlar qrupda liderliyi ələ keçiriblər.

Xatırladaq ki, "A" qrupunda həmçinin Çindən olan olimpiya çempionları və Rusiyanın tələbələrdən ibarət komandası çıxış edir.

Xəbər lenti

Xəbər lenti