...

Mariya Kaşina güləş üzrə mundialın 1/8 finalında məğlub olub

Cəmiyyət Materials 24 Avqust 2007 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanlı güləşçi Mariya Kaşina Pekində davam edən gənclər arasında dünya birinciliyində uğursuz çıxış edib .

63 kq-dək çəki dərəcəsində çıxış edən idmançı ilk döyüşdə yaponyialı Kaeku Kudonu məğlub edib. Lakin növbəti mərhələdə Mariya Monqolustan nümayəndəsi Tsedondorj Bayarzaiyə yenilib və bununla da mübarizəni 1/8 final mərhələsində dayandırmalı olub. Bununla belə, Kaşina sentyabrda Bakıdakı lisenziya xarakterli mundiala hazırlaşan Azərbaycan yığmasında yer alacaq.

Komandamız hələlik dünya birinciliyində klassik üslubda güləşən idmançılarımızın səyi ilə üç medal qazanıb. Avqustun 25-də tatamiyə sərbəst güləşçilərimiz çıxacaq. Onların uğur qazanmaq üçün şansları var.

Xəbər lenti

Xəbər lenti