...

"İnter" də növbəti mərhələdə

İdman Materials 12 İyul 2012 23:24 (UTC +04:00)
Azərbaycanın "İnter" klubu UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyununda Estoniyanın "Trans Narva" klubunu Bakıda keçirilən oyunda da məğlub edərək növbəti mərhələyə adladı.
"İnter" də növbəti mərhələdə

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanın "İnter" klubu UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyununda Estoniyanın "Trans Narva" klubunu Bakıda keçirilən oyunda da məğlub edərək növbəti mərhələyə adladı.

Trend-in məlumatına görə, "Dalğa Arena"da keçirilən oyunda "bankirlər" S.Georgiyevski (22 dəq) və N.Hacıyevin (86 dəq) qolları ilə estonlara 2:0 hesabı ilə qalib gəliblər.

İlk oyunda 5:0 hesabı ilə qalib gələn "İnter" ümumi hesabda Estoniya klubunu 7:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, "İnter" növbəti mərhələdə Yunanıstanın "Asteras" klubu ilə qarşılaşacaq.

Bundan əvvəl Azərbaycan klublarından Avropa Liqasının növbəti mərhələsinə "Xəzər Lənkəran" yüksəlmişdi.

Bu gün həmçinin bu turnirdə "Bakı" klubu da cavab qarşılaşmasına çıxıb. "Bakın"nın rəqibi Sloveniyanın "Mura" klubudur. Bu komandalar arasında Bakıda keçirilən ilk oyun qolsuz bərabərliklə yekunlaşmışdı.

Xəbər lenti

Xəbər lenti