...

"Neftçi" PFK Çempionlar Liqasının növbəti mərhələsinə çıxmaq şansını dəyərləndirib

İdman Materials 24 İyul 2012 11:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul /Trend/

İlk oyunda qazanılan 3:0 hesablı qələbə hər şey demək deyil. Düzdü, növbəti mərhələyə çıxmaq üçün yaxşı şans qazanmışıq. Ancaq bizi qarşıda daha bir oyun gözləyir, Trend-in məlumatına görə, bu sözləri "Neftçi" klubunun məşqçisi Tərlan Əhmədov "Zestafoni" ilə oyunöncəsi keçirilən mətbuat konfransında deyib.

Əhmədov komandasının səfər matçında da meydanda sonadək mübarizə aparmalı olduğunu bildirib.

"Bu oyuna yaxşı hazırlaşmışıq. Tez-tez bizə növbəti rəqibimiz "Jilina", yoxsa "Hapoel" olacaq?" sualı ilə müraciət edirlər. Ancaq biz hələ "Zestafoni" səddini keçməmişik" Əhmədov deyib.

"Neftçi"nin məşqçisi "Zestafoni"nin zəif komanda olması haqda deyilən fikirlə razılaşmayıb.

"Zestafoni"nin zəif komanda olması haqda ilk dəfə eşidirəm. Ancaq mən bu fikirlə razılaşmıram. Düşünürəm ki, bu gün Qafqazın iki güclü komandası üz-üzə gələcək" o bildirib.

Xatırladaq ki, "Zestafoni" - "Neftçi" matçı bu axşam Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan ilk görüş isə 3:0 hesabı ilə "Neftçi"nin xeyrinə başa çatıb.

Xəbər lenti

Xəbər lenti