...

AFFA klubların hesabına büdcəsini artırdı

İdman Materials 12 Mart 2013 13:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart /Trend/

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Azərbaycan kubokunun oyunlarındakı baş verən hadisələrlə bağlı qərar çıxarılıb.

Trend-in məlumatına görə, kubokun 1/4 final mərhələsinin "Neftçi" - "Simurq" matçının 72-ci dəqiqəsində "Simurq"un futbolçusu Mario Bojiç idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra "Simurq" klubunun futbolçuları tərəfindən stadionun bir neçə inventarı sındırıldığı üçün "Simurq" klubu dəymiş zərərə uyğun olaraq "Neftçi" klubunun təqdim edəcəyi hesab əsasında ödəmə ödəyəcək.

Kubokun 1/4 finalının "Qarabağ" - "Qəbələ" matçında "Qarabağ"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə edilib.

Kubokun 1/4 final "Xəzər Lənkəran" - "Rəvan" matçının 80-ci dəqiqəsində "Rəvan"ın futbolçusu Nikolay Orlovski sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb klub 200 manat cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti