...

Bu gün Çempionlar Liqasının 1/4 mərhələsinin püşkatma mərasimi olacaq

İdman Materials 15 Mart 2013 10:01 (UTC +04:00)
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının (ÇL)1/4 mərhələsinin püşkatma mərasimi baş tutacaq.
Bu gün Çempionlar Liqasının 1/4 mərhələsinin püşkatma mərasimi olacaq

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir E.Tanrıverdiyev/

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 1/4 mərhələsinin püşkatma mərasimi baş tutacaq. Trend-in məlumatına görə, mərasim Bakı vaxtı ilə saat 15:00-da keçiriləcək.

Azərbaycanlı futbol azarkeşlərinin də səbirsizliklə gözlədiyi püşkatma zamanı Türkiyənin "Qalatasaray" klubunun rəqibi məlum olacaq. Bundan başqa püşkatmada, eyni zamanda "Yuventus" (İtaliya), "Bavariya" (Almaniya), "Borussiya" (Dortmund, Almaniya), "PSJ" (Fransa) və "Malaqa" (İspaniya) klubları da iştirak edəcəklər. ÇL 1/4 mərhələnin ilk oyunları 2013-cü il aprelin 2-3-də, cavab qarşılaşmaları isə aprelin 9-10-də olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti