...

FIDE prezidenti: Şahmat Qış olimpiadasının proqramına salına bilər

İdman Materials 28 Yanvar 2014 17:21 (UTC +04:00)
Şahmat Qış Olimpiya Oyunlarının proqramına daxil edilə bilər. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov deyib.
FIDE prezidenti: Şahmat Qış olimpiadasının proqramına salına bilər

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Şahmat Qış Olimpiya Oyunlarının proqramına daxil edilə bilər. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə xeyli işlər görülür: "Şahmat idman növü kimi tanınıb. 1999-cu ildən isə ofisimiz fəaliyyət göstərir. Yay Olimpiya Oyunlarının proqramı dolduğuna görə Qış Olimpiya Oyunları komissiyası ilə birgə iş aparırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti