...

Bu gün üzgüçülük üzrə Azərbaycan açıq yay çempionatı start götürür

İdman Materials 20 İyun 2014 09:49 (UTC +04:00)
Bu gün Hövsan Olimpiya İdman Kompleksində üzgüçülük üzrə Azərbaycan Respublikasının açıq yay çempionatı start götürür.
Bu gün üzgüçülük üzrə Azərbaycan açıq yay çempionatı start götürür

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Bu gün Hövsan Olimpiya İdman Kompleksində üzgüçülük üzrə Azərbaycan Respublikasının açıq yay çempionatı start götürür. Azərbaycan Üzgüçülük Federasiyasından Trend-ə verilən məlumata görə, bu barədə federasiyanın mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov bildirib.

Onun sözlərinə görə, üç gün davam edəcək birincilikdə 3 dərəcədən yuxarı bütün yaş qruplarında 50-dən çox üzgüçü iştirak edəcək. Əsasən Bakı, Sumqayıt və Naxçıvandan olan üzgüçülər milli komanda məşqçilərinin etimadını qazanmağa çalışacaqlar: "Azərbaycan Respublikasının açıq yay çempionatı milli komadanın məşqçilər korpusu üçün bir növ seçim xarakteri daşıyır. Belə yarışlarda qabiliyyətli və bacarıqlı üzgüçüləri aşkar etmək mümkün olur. Bundan başqa, yığma komandanın heyəti də bir daha nəzərdən keçirilir. Bütün bu yarışlar yeniyetmələr və uşaqlar arasında ən yaxşılarını seçməyə imkan yaradır".

Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə keçiriləcək yarışların sonunda qaliblər diplomlar və medallarla təltif ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti