...

Azərbaycan 2016 Beynəlxalq Kanoe Federasiyası Konqresinə ev sahibliyi etmək üçün təklif irəli sürdü

İdman Materials 9 Noyabr 2014 14:44 (UTC +04:00)
Azərbaycan bugün rəsmi şəkildə Polşanın Varşava şəhərində Beynəlxalq Kanoe Federasiyasının 2016-cı il konqresinə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.
Azərbaycan 2016  Beynəlxalq Kanoe Federasiyası Konqresinə ev sahibliyi etmək üçün təklif irəli sürdü

Azərbaycan, Bakı, 9 noyabr /Trend/

Azərbaycan bugün rəsmi şəkildə Polşanın Varşava şəhərində Beynəlxalq Kanoe Federasiyasının 2016-cı il konqresinə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.

Trend-in məlumatına görə, Azərbaycan Avarçəkmə və Kanoe Federasiyasının Texniki Direktoru Leyla Əliyeva Azərbaycan Respublikası adından çıxış edərək 2014 Beynəlxalq Kanoe Federasiyası Konqresinin nümayəndələrinin diqqətini son dövrlərdə ölkədə həyata keçirilən idman tədbirlərinin miqyası və kanoe idman növünün inkişaf səviyyəsinə diqqət çəkərək nitq söyləyib.

Azərbaycanın bu təşəbbüsü son illərdə Avropanın idman tədbirləri məkanı kimi məşhurluq qazanmağa başlayan bir ölkənin qısa zaman kəsiyində necə idman mərkəzinə çevrilməsi üzərində cəmlənib.

İlk dəfə keçiriləcək 2015 Avropa Oyunları, 2016 Formula 1 üzrə Avropa Qran-Prisinə, 2017 İslam Oyunları, UEFA 2020-nin 1/4 finallarının Bakı şəhərində baş tutması bu şəhərin Beynəlxalq İdman Yarışlarının seçimi kimi adlanmasına səbəb oldu və Azərbaycan son olaraq ev sahibliyi edəcək ölkə kimi seçildi.

Daha sonra Azərbaycanda kanoe idman növünün tarixinə nəzər salındı və bu idman növünün Mingəçevirdə möhtəşəm kanoe mərkəzinin inşasından sonrakı inkişafı haqqında danışıldı. Eyni zamanda, bu mərkəz Avropa Oyunları zamanı kanoe sprinti üçün yarışlara ev sahibliyi edəcək.

Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Respublikası hökumətinin 2016 BKF Konqresinin ev sahibliyi üçün olan öhdəliklərini özündə əks etdirən və zəmanət rolunu oynayan məktub da əlavə etdi. Bu tədbirin qonaqlar üçün optimal iqlim şəraitiylə yanaşı, uğurlu sosial proqram, turistik və mədəni imkanlarla ən yüksək standartlara uyğun təşkil olunacağına təminat verir.

Xanım Əliyeva Azərbaycanın bu imkanı əldə etməkdən qürur duyacağını və Kanoe ailəsinin bu yenilikçi və maraq doğuran şəhəri 2016 BKF Konqresi üçün məkan kimi seçməklə böyük miqyasda faydalanacağını bildirərək müraciəti yekunlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti