...

AFFA-dan klublara cəza qərarı

İdman Materials 10 Fevral 2015 12:30 (UTC +04:00)
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
AFFA-dan klublara cəza qərarı

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend-in PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, İK Azərbaycan Premyer Liqasının 20-ci turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar verib.

Azərbaycan Premyer Liqasının XX turunun "Qəbələ" - AZAL matçının 78-ci dəqiqəsində AZAL klubunun futbolçusu Viktor İqbekoyinin idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının XX turunun "Neftçi" - "Simurq" matçında "Neftçi" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti