...

"Qarabağ"ın futbolçusu 5 ay yaşıl meydanlardan uzaq qalacaq

İdman Materials 29 Mart 2015 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart /Trend/

"Qarabağ" futbol klubunun oyunçusu Namiq Ələsgərov 5 ay yaşıl meydanlardan uzaq qalacaq.

Trend klubun saytına istinadən məlumat verir ki, dünən Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Malta oyununun 22-ci dəqiqədə zədələnərək meydanı vaxtından əvvəl tərk etmiş "Qarabağ"ın yarımmüdafiəçisi N.Ələsgərov bu gün müayinə olunub. MR müayinəsindən sonra 19 yaşlı oyunçunun zədəsinin ciddi olduğu məlum olub. Futbolçunun ön çarpaz bağları sıradan çıxıb.

Beləliklə, N.Ələsgərovun 5-6 ay yaşıl meydanlardan uzaq qalacağı məlum olub. Futbolçu zədəsi ilə bağlı deyib: "Nə deyə bilərəm? Təbii ki, heç bir futbolçu zədələnmək istəməz. Amma futbolda zədələr qaçılmazdır. İndi əməliyyat lazımdır. Səbrlə dözüb sağalmaq üçün çalışmalıyam. Ağır zədədir. Amma edə biləcəyimiz bir şey yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti