...

Rio-2016 mükafatçımız: "Bütün gücümü ortaya qoydum"

İdman Materials 18 Avqust 2016 09:54 (UTC +04:00)
“Özümü qələbəyə kökləmişdim, bütün gücümü və bacarığımı ortaya qoydum və qələbə qazandım”.
Rio-2016 mükafatçımız: "Bütün gücümü ortaya qoydum"

Bakı. Elçin Mehdiyev - Trend:

“Özümü qələbəyə kökləmişdim, bütün gücümü və bacarığımı ortaya qoydum və qələbə qazandım”. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın Trend-ə verdiyi məlumata görə, bunu Rio 2016-da Azərbaycana bürünc medal qazandıran taekvondoçu Patimat Abakarova deyib.

İdmançımız medal uğrunda mübarizədə qələbə qazanmağın elə də çətin olmadığını bildirib: “Deməzdim ki, qələbə qazanmaq çox çətin oldu, sadəcə medal uğrunda mübarizə olduğu üçün müəyyən həyəcan vardı. Mən qələbəyə köklənmişdim və hər şey alındı”.

P.Abakarova yarışda iştirakını davam etdirən digər idmançılarımıza uğurlar arzulayıb: “Yarışda iştiraklarını davam etdirən idmançılarımıza da uğurlar arzu edirəm. Bundan sonra onlara azarkeşlik edib dəstək verəcəyəm. Biz bir komandayıq”.

Qeyd edək ki, Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən Yay Olimpiya Oyunlarında 49 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycanın qadın taekvondoçusu Patimat Abakarova bürünc medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti