...

Azərbaycan futbolunda legioner limiti gələn ildən qüvvəyə minir

İdman Materials 7 Sentyabr 2016 12:42 (UTC +04:00)

Bakı. Trend:

Peşəkar Futbol Liqası (PFL) AFFA-ya limitlə bağlı müraciət edib.

Trend AFFA-nın saytına istinadən məlumat verir ki, Peşəkar Futbol Liqasının müraciətinə əsasən, I Divizionda legioner limiti 2017-ci il yanvarın 1-dək 6+4+1 (6 legioner, 4 yerli və 1 yerli 1994-cü il təvəllüdlü və daha gənc təvəllüdlü) sisteminə uyğun tətbiq olunacaq.

I Divizionda legioner limiti ilə bağlı 2016-cı il sentyabrın 6-da qəbul olunmuş qərar 2017-ci il yanvarın 1-dən etibarən qüvvəyə minəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti