...

ICF prezidenti: Beynəlxalq Kanoe Federasiyasının Konqresi Tunisdəki terror səbəbindən Bakıda keçirilir

İdman Materials 24 Noyabr 2016 15:01 (UTC +04:00)

Bakı. Trend:

Tunisdəki terror hücumları səbəbindən Beynəlxalq Kanoe Federasiyasının (ICF) 36-cı Konqresinin Azərbaycanda keçirilməsi qərara alındı.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Kanoe Federasiyasının (ICF) prezidenti Xose Perurena Lopez qurumun Bakıda təşkil olunan XXXVI Konqresi barədə danışarkən deyib.

İspaniyalı qonaq ICF-nin növbəti Konqresinin Bakıda keçirilməsindən böyük məmnunluq hissi duyduğunu qeyd edib: "ICF konqreslərini iki ildən bir keçirir. Sonucu Konqresdə qərara gəlmişdik ki, növbəti iclası Tunisdə keçirək. Təəssüf ki, Tunisdə terror hücumları baş verdiyindən, federasiyanın Rəyasət Heyəti növbəti Konqresi digər ölkədə keçirməyi qərara aldı. Mən Azərbaycanın Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Avarçəkmə Federasiyası ilə danışıqlar apardım. Azərbaycan tərəfi və ICF-nin Rəyasət Heyətinin razılığı ilə növbəti Konqresi Bakıda keçirməyə qərar verdik. 100-dən çox ölkənin nümayəndəsinin Bakıda qəbul edilməsi və tədbirin təşkili böyük məsuliyyət, peşəkarlıq tələb edir. Azərbaycanın yüksək potensialı ilə tanışam və bilirəm ki, bu ölkə beynəlxalq irimiqyaslı tədbirlərin təşkilində böyük təcrübəyə malikdir. Dünən Rəyasət Heyətimizin iclasında yekdilliklə Bakıdakı şəraitdən böyük razılıq ifadə olundu".

O bildirib ki, Azərbaycana da ICF-nin idarəçilik strukturunda təmsil olunmağı təklif edib: “Kanoe ictimaiyyəti və iclaslarımız demokratikdir. Demokratik baxışla ümumi sistemin qəbul edilməsi bir qədər müəmmalı görünər. Çünki ümumi sistemin hər bir predmetinin xüsusi mövqeyi ola bilər. Ona görə də Konqres iştirakçıları hər bir predmetə ayrıca səs verməyə üstünlük verdilər. Bu bizim üçün çox vacibdir. Çünki bugünkü tədbir Növbədənkənar Konqres idi. ICF-nin 2016 - 2020-ci illər üçün İnkişaf Proqramını, yeni idarəçilik strukturunu müzakirəyə qoyduq və bu da gündəmdə vacib yer tutur. Çox şadam ki, bütün Konqres nümayəndələri hər bir predmet üzrə səs verdilər. Bu gün iclasımızda yalnız struktur məsələləri müzakirəyə qoyuldu. Sabah isə növbəti iclasda ICF-nin yeni prezidenti seçiləcək. Burada hər qitədən 4 üzv iştirak edir. Mən Azərbaycan nümayəndəliyinə də təklif etdim ki, gələcək üçün bu istiqamət üzrə irəli addım atsınlar. Çünki Azərbaycan kanoe sahəsində çox güclü ölkədir”.

ICF prezidenti Azərbaycanda kayak və kanoe növlərinin vəziyyətindən və nüfuzlu beynəlxalq yarışların təşkili imkanlarından da danışıb: "Azərbaycanda beynəlxalq yarışların təşkili üçün yüksək səviyyəli infrastruktur mövcuddur. Bununla yanaşı, kanoe sahəsində çox potensiallı idmançılarınız var. İlk Avropa Oyunları zamanı Mingəçevirdəki şəraitlə tanış oldum. Orada yüksək struktur yaradılıb. Amma mən nüfuzlu yarışların təşkili baxımından Bakıya daha çox üstünlük verirəm”.

Qeyd edək ki, ICF-nin XXXVI Konqresinə noyabrın 26-da yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti