...

Bakıda Beynəlxalq Kanoe Federasiyasının prezidenti seçilib

İdman Materials 25 Noyabr 2016 16:59 (UTC +04:00)
Bakıda Beynəlxalq Kanoe Federasiyasının (ICF) prezidenti seçilib.
Bakıda Beynəlxalq Kanoe Federasiyasının prezidenti seçilib

Bakı. Trend:

Bakıda Beynəlxalq Kanoe Federasiyasının (ICF) prezidenti seçilib.

Trend-in məlumatına görə, bu vəzifəyə növbəti 4 il müddətinə hazırkı prezident Xose Perurena Lopez seçilib.

ICF-nin Bakıdakı XXXVI Konqresi çərçivəsində baş tutmuş seçkidə ispaniyalı funksionerin rəqibi olmayıb. O, 94 mümkün səsdən 82-ni qazanıb.

Qeyd edək ki, X.Lopez 1945-ci il aprelin 4-də İspaniyanın paytaxtı Madriddə anadan olub. O, 1968-ci il Mexiko Yay Olimpiya Oyunlarında kayakçı kimi mübarizə aparıb. İspaniyalı funksioner ICF-yə 2008-ci ildən rəhbərlik edir. X.Lopez 2011-ci ildən Beynəlxalq Olimpiya Komitəsinin üzvü, 2014-cü ildən isə Beynəlxalq Dünya Oyunları Assosiasiyasının prezidentidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti