...

Veteran güləşçilərimiz dünya çempionatında 1 qızıl və 1 gümüş medal qazandılar (FOTO)

İdman Materials 17 Noyabr 2017 10:57 (UTC +04:00)
Bolqarıstanın Plovdiv şəhərində veteran güləşçilərin dünya çempionatı keçirilib.
Veteran güləşçilərimiz dünya çempionatında 1 qızıl və 1 gümüş medal qazandılar (FOTO)

Bakı. Trend:

Bolqarıstanın Plovdiv şəhərində veteran güləşçilərin dünya çempionatı keçirilib.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, pəhləvanlarımız çempionatı 1 qızıl və 1 gümüş medalla başa vurub.

Sərbəst güləş yarışlarında B divizionunda mübarizə aparan Mayis İbadov (70 kq) ardıcıl olaraq Almaniya, Moldova və Bolqarıstan təmsilçilərini mübarizədən kənarlaşdıran güləşçimiz finala yüksəlib. Həlledici görüşdə İran idmançısına da qalib gələn Mayis İbadov veteranlar arasında Dünya çempionu olub.

Yunan-Roma güləşi yarışlarında D divizionunda mübarizə aparan Rövşən İsmayılxanlı (130 kq) isə çempionatı ikinci sırada tamamlayıb. Həlledici görüşdə Polşa idmançısına məğlub olan təmsilçimiz Dünya çempionatının gümüş medalına yiyələnib.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti