...

Formula 1 pilotu "Qarabağ"ın qonağı olub (FOTO)

İdman Materials 29 Noyabr 2017 17:35 (UTC +04:00)
Bu gün "Qarabağ"ın axşam məşqində sürpriz qonaq iştirak edib.
Formula 1 pilotu "Qarabağ"ın qonağı olub (FOTO)

Bakı. Trend:

Bu gün "Qarabağ"ın axşam məşqində sürpriz qonaq iştirak edib.

Trend-in "Qarabağ" futbol klubunun "Facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, paytaxtda səfərdə olan F1 Azərbaycan Qran Prisinin sonuncu qalibi, "Red Bull"un pilotu Daniel Rikkiardo komandanın qonağı olub.

Komanda ilə kiçik tanışlıqdan sonra avstraliyalı pilota baş məşqçi Qurban Qurbanov tərəfindən adı yazılan forma hədiyyə olunub. D.Rikkiardo isə özünə məxsus ayaqqabıları imzalayaraq baş məşqçiyə təqdim edib.

Daha sonra futbolçularla söhbət edən pilot bir neçə dəqiqə komanda ilə birlikdə məşqdə də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti