Bakı. Trend:
Çempionlar Liqasının yarımfinalında, “Roma” ilə cavab oyununda qarşılaşan “Liverpul” rekorda imza atıb.
Trend-in məlumatına görə, matçın 26-cı dəqiqəsində ingiltərəlilərin vurduğu qol (1:2) ÇL-da 46-cı olub. 14 oyunda bu nəticəyə çatan “qırmızılar” bütün komandaları qabaqlayıb.
Bu, nəinki ÇL-da, eləcə də bütün Avrokubok oyunları üçün bir mövsümdə vurulan ən çox qol sayıdır.
Əvvəlki rekord “Barselona”ya məxsus olub. Kataloniyalılar 1999/2000 mövsümündə bir mövsümdə 16 matçda 45 dəfə fərqlənə bilmişdilər.