...

Misir millisinə yeni baş məşqçi təyin edilib

İdman Materials 2 Avqust 2018 05:55 (UTC +04:00)

Bakı. Tural Turan - Trend:

Xavyer Aqirre futbol üzrə Misir milli yığmasının baş məşqçisi təyin edilib. Trend-in məlumatına görə, bu barədə Misir Futbol Assosiasiyasının nümayəndəsi bildirib.

Məlumata görə, meksikalı baş məşqçinin aylıq əmək haqqısı 120 min ABŞ dolları təşkil edəcək.

Aqirre əvvəllər “Atletiko”, “Saraqosa”, “Espanyol” klublarında, həmçinin Meksika və Yaponiya millilərində çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti