...

"Bayıl Arena"nın adı dəyişdirildi

İdman Materials 9 Aprel 2019 15:11 (UTC +04:00)
“Səbail” futbol klubunun ev oyunlarını keçirdiyi “Bayıl Arena”nın adı dəyişdirilir.
"Bayıl Arena"nın adı dəyişdirildi

Bakı. Trend:

“Səbail” futbol klubunun ev oyunlarını keçirdiyi “Bayıl Arena”nın adı dəyişdirilib.

Trend-in kluba istinadən verdiyi məlumata görə, stadion fəaliyyətini bundan sonra “ASCO Arena” adı ilə davam etdirəcək.

Bununla bağlı “Səbail”, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) arasında müvafiq razılıq əldə olunub.

Razılaşma ilkin olaraq iki il müddəti əhatə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti