Bakı. Elçin Mehdiyev - Trend:
Formula 1 üzrə 2019 SOCAR Azərbaycan Qran Prisində qəza baş verib.
Trend-in məlumatına görə, "Renault" komandasının üzvü Daniel Rikkardo və "Toro Rosso"nun üzvü Daniil Kvyatın bolidləri toqquşub.
Bundan sonra hər iki pilot pit-leynə geri dönüblər və mübarizəni dayandırıblar.
Qeyd edək ki, bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisinin həlledici mərhələsi keçirilir.
Şəhər trasında hər biri iki pilotla təmsil olunan 10 komanda yarışır.