...

Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Çempionatının gürzlər və lentlə hərəkətlərdə qalibləri mükafatlandırılıb

İdman Materials 31 Avqust 2019 15:38 (UTC +04:00)
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Çempionatının “gənclər” yaş kateqoriyasında gürzlər və lentlə hərəkətlərdə qalibləri müəyyənləşib.
Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Çempionatının gürzlər və lentlə hərəkətlərdə qalibləri mükafatlandırılıb

Bakı. Cani Babayeva - Trend:

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Çempionatının “gənclər” yaş kateqoriyasında gürzlər və lentlə hərəkətlərdə qalibləri müəyyənləşib.

Trend-in məlumatına görə, qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Gürzlərlə hərəkətlərdə birinci yerə Nigar Usubova, ikinci yerə Fidan Yusifzadə, üçüncü yerə Leyli Ağazadə çıxıb. N.Usubova və F.Yusifzadə "Ocaq Sport" klubunun gimnastlarıdır. L.Ağazadə isə Sumqayıtı təmsil edir.

Lentlə hərəkətlərdə birinci yerə Nigar Usubova, ikinci yerə Kamilla Əliyeva, üçüncü yerə Alina Gözəlova çıxıb. Hər üç gimnast "Ocaq Sport" klubunun təmsilçisidir.

Xatırladaq ki, 29-31 avqust tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Çempionatı keçirilir

Yarışlarda fərdi gimnastlar “balacalar”, “yeniyetmələr”, “gənclər” və “böyüklər” yaş kateqoriyasında mübarizə aparacaqlar. İştirakçılar arasında Ocaq Sport Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, AyUlduz Klubu, Sərhədçi İdman Olimpiya Mərkəzi, Su İdman Sarayı, Zabrat İdman Klubu, GymKids Klubu, Daxili İşlər Nazirliyinin idman məktəbi, Zirə Mədəniyyət Mərkəzi, həmçinin Sumqayıt şəhəri, Gəncə, Mingəçevir və Şağan gimnastları yer alıblar.

Turnirdə 100-dən çox gimnast arena xalçasında öz performansları ilə çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti