...

Danimarka Futbol İttifaqının rəhbəri oyunların ölkədə keçirilməsinə şübhə edir

İdman Materials 27 Aprel 2020 01:42 (UTC +04:00)
Danimarka Futbol İttifaqının rəhbəri oyunların ölkədə keçirilməsinə şübhə edir

Bakı. Trend:

Danimarka Futbol İttifaqının rəhbəri Yesper Möller, Avropa çempionatının oyunlarının 2021-ci ildə Danimarkada keçirilməsi məsələsindən narahat olduğunu bildirib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, Y.Möller bu barədə "Sky Sports" kanalına açıqlamasında deyib.

Narahatçılıqa daha bir səbəb ölkədə eyni zamanda "Tur de Frans" veloyarışların keçirilməsi məsələsidir.

Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) martın 17-də koronavirus pandemiyası səbəbindən Avropa çempionatını təxirə salmaq qərarına gəlib. Turnir 11 iyun - 11 iyul 2021 tarixlərində keçiriləcək. Təşkilatçılar UEFA-ya aprelin 30-dək təsdiq edilmiş müddətlərdə oyunların keçirilməsinə zəmanət verməlidirlər. "Tur de Frans" 2021-ci ildə Kopenhagendə başlayacaq və marşrutun yolu ilk dəfə Danimarkadan keçəcək.

"2021-ci ilin yayında Avropa çempionatının dörd oyununu keçirməyə hazırıq, amma tərəfdaşlarımızın qeyd-şərtsiz dəstəyi olmadan bunu edə bilmərik. Buna yalnız son razılığa gəldiyimiz zaman əmin olacağam", - Y.Möller deyib.

Xatırladaq ki, turnir Avropanın 12 şəhərində keçirilməlidir vəçempionatın dörd qarşılaşması Kopenhagendə keçirməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti