...

İdman gimnastikası üzrə Avropa çempionatı Türkiyədə keçiriləcək

İdman Materials 5 Oktyabr 2020 22:24 (UTC +04:00)
İdman gimnastikası üzrə Avropa çempionatı Türkiyədə keçiriləcək

Bakı. Cani Babayeva - Trend:

Avropa Gimnastika İcraiyyə Komitəsinin onlayn iclası zamanı kişilər və qadınlar arasında idman gimnastikası üzrə Avropa çempionatının 2020-ci ildə keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Bu barədə Trend "European Gymnastics"ə istinadən məlumat verib.

İcraiyyə Komitəsi Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar 2020-ci ilin sonunadək geniş miqyaslı tədbirlərin keçirilə bilməyəcəyi barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verildikdən sonra yarışın Bakıdan Türkiyənin Mersin şəhərinə köçürülməsinə qərar verilib.

Kişilər arasında idman gimnastikası üzrə Avropa çempionatının 9-13 dekabr 2020-ci il tarixlərində və qadın idman gimnastikası üzrə Avropa çempionatlarının 17-20 dekabr 2020-ci il tarixləri arasında keçirilməsi planlaşdırılır. Yarışlar Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşımayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti