...

Britaniyalı triatlonçular qarışıq estafetdə ilk Olimpiya çempionu oldular

İdman Materials 31 İyul 2021 05:15 (UTC +04:00)
Britaniyalı triatlonçular qarışıq estafetdə ilk Olimpiya çempionu oldular

Bakı. Trend:

Böyük Britaniya komandası Tokioda keçirilən Yay Olimpiya Oyunları çərçivəsində triatlon üzrə qarışıq estafetdə qızıl medal qazanıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, qaliblər məsafəni 1 saat 23 dəqiqə 41 saniyəyə qət ediblər. İkinci yeri amerikalı triatlonçular (-14 saniyə), üçüncü yeri isə fransalı triatlonçular (-23 saniyə) tutublar.

Qeyd edək ki, triatlon üzrə yarışlar ilk dəfə 2000-ci ildə Sidneydə keçirilən Olimpiya Oyunlarının proqramına daxil edilib. Olimpiya Oyunlarında triatlonu 3 idman növü üzrə yarışlardır: 1,5 kilometr məsafəyə üzgüçülük, 40 kilometr məsafəyə velosiped idmanı və 10 kilometr məsafəyə qaçış. Qarışıq estafet Olimpiya Oyunlarının proqramına ilk dəfə bu il salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti