...

Azərbaycanda cüdo idman növünün güclü maddi-texniki bazası formalaşıb - Rəşad Nəbiyev

İdman Materials 1 Noyabr 2021 18:10 (UTC +04:00)
Azərbaycanda cüdo idman növünün güclü maddi-texniki bazası formalaşıb - Rəşad Nəbiyev

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda cüdo idman növü inkişaf edib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Cüdo Federasiyasının yeni prezidenti Rəşad Nəbiyev deyib.

O bildirib ki, Azərbaycanda cüdo idman növünün güclü maddi-texniki bazası formalaşıb: “Bizim də məqsədimiz bu baza əsasında cüdonu inkişaf etdirməkdir”.

R.Nəbiyev qeyd edib ki, Azərbaycan cüdoçuları indiyə qədər beynəlxalq yarışlarda böyük uğurlar əldə edib: “Bizim məqsədimiz bu uğurları qoruyub saxlamaq və daha böyük uğurlar əldə etməkdir. Hesab edirəm ki, qarşıda duran hədəflərin öhdəsindən layiqincə gələ biləcəyik. Təxminən 3 il sonra bizi Yay Olimpiya Oyunları gözləyir. Həmçinın, qarşıda dünya və Avropa çempionatları var. Maksimum nəticə əldə etmək başlıca məqsədimizdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti