...

UEFA Çempionlar Liqasının püşkatma nəticələri ləğv edildi (ƏLAVƏ OLUNUB)

İdman Materials 13 Dekabr 2021 16:52 (UTC +04:00)
UEFA Çempionlar Liqasının püşkatma nəticələri ləğv edildi (ƏLAVƏ OLUNUB)

Bakı. Orxan Nəbiyev - Trend:

İsveçrənin Nyon şəhərində keçirilmiş UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma nəticələri ləğv edilib.

Trend-in məlumatına görə, buna səbəb püşkatma zamanı qeydə alınan texniki səhv olub.

Belə ki, eyni qrupdan çıxmış "Atletiko" (Madrid, İspaniya) və "Liverpul" (İngiltərə) potensial rəqib kimi göstərilib.

Yeni qərara əsasən, püşkatma mərasimi Bakı vaxtı ilə saat 18:00-da təkrar keçiriləcək.

***

15:24

İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Trend-in məlumatına görə, püşkatmaya əsasən bu komandalar üz-üzə gələcək:

"Benfika" (Portuqaliya) - "Real" (İspaniya);

"Vilyarreal" (İspaniya) - "Mançester Siti" (İngiltərə);

"Atletiko" (İspaniya) - "Bavariya" (Almaniya);

"Zaltsburq" (Avstriya) - "Liverpul" (İngiltərə);

"İnter" (İtaliya) - "Ayaks" (Niderland);

"Sportinq" (Polrtuqaliya) - "Yuventus" (İtaliya);

"Çelsi" (İngiltərə) - "Lill" (Fransa);

"PSJ" (Fransa) - "Mançester Yunayted" (İngiltərə).

Qeyd edək ki, 1/8 final mərhələsinin matçları 2020-ci fevralın 15-16, 22-23-də və martın 8-9, 15-16-da keçiriləcək.

Final matçı mayın 28-də Sankt-Peterburqun "Qazprom Arena" stadionunda baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti