...

UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb

İdman Materials 13 Dekabr 2021 16:41 (UTC +04:00)
UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb

Bakı. Trend:

İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Trend-in məlumatına görə, bu mərhələdə Avropa Liqasının qrup mərhələsində ikinci yer tutmuş klublarla, Çempionlar Liqasının qrup mərhələsində üçüncü olmuş klublar üz-üzə gələcək.

Püşkatma nəticəsində "Sevilya" (İspaniya) - Dinamo (Zaqreb, Xorvatiya), "Atalanta" (İtaliya) - "Olimpiakos" (Yunanıstan), Leyptsiq (Almaniya) - "Real Sosyedad" (İspaniya), "Barselona" (İspaniya) - "Napoli" (İtaliya), "Zenit" (Rusiya) - "Betis" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya) - "Qlazqo Reyncers" (Şotlandiya), "Şeriff" (Moldova) - "Braqa" (Portuqaliya), "Portu" (Portuqaliya) - "Latsio" (İtaliya) cütlükləri qarşılaşacaq.

Matçlar fevralın 17-də və 24-də keçiriləcək.

Bu mərhələnin qalibləri 1/8 final mərhələsində Avropa Liqasının qrup mərhələsinin qalibləri ilə üz-üzə gələcək.

Final matçı mayın 18-də Sevilyada baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti