...

UEFA Çempionlar Liqasının püşkatması təkrar keçirilib

İdman Materials 13 Dekabr 2021 18:16 (UTC +04:00)
UEFA Çempionlar Liqasının püşkatması təkrar keçirilib

Bakı. Trend:

İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi təkrar keçirilib.

Trend-in məlumatına görə, bir neçə saat əvvəl püşkatmanın nəticələri texniki səhvlə əlaqədar ləğv olunmuşdu.

Yeni püşkatmaya əsasən, bu komandalar üz-üzə gələcək:

"Zaltsburq" (Avstriya) - "Bavariya" (Almaniya);

"Sportinq" (Polrtuqaliya) - "Mançester Siti" (İngiltərə);

"Benfika" (Portuqaliya) - "Ayaks" (Niderland);

"Çelsi" (İngiltərə) - "Lill" (Fransa);

"Atletiko" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)

"Vilyarreal" (İspaniya) - "Yuventus" (İtaliya);

"İnter" (İtaliya) - "Liverpul" (İngiltərə);

"PSJ" (Fransa) - "Real" (İspaniya);

Qeyd edək ki, 1/8 final mərhələsinin matçları 2022-ci fevralın 15-16, 22-23-də və martın 8-9 və 15-16-da keçiriləcək.

Final matçı mayın 28-də Sankt-Peterburqun "Qazprom Arena" stadionunda baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti