...

İngiltərə Premyer Liqası: "Mançester Yunayted" doğma meydanında məğlub olub

İdman Materials 3 Yanvar 2022 23:58 (UTC +04:00)

Bakı. Trend:

"Mançester Yunayted" İngiltərə çempionatının 21-ci turu çərçivəsində doğma meydanında "Vulverhempton"a 0:1 hesabı ilə uduzub.

Trend-in məlumatına görə, oyunda yeganə qolu 82-ci dəqiqədə Joau Moutinyu vurub.

"Mançester Yunayted" Premyer Liqada 19 oyundan sonra 31 xalla 7-ci yerdədir. “Vulverhempton” 38 xal toplayıb və səkkizinci pilləyə yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti