Bakı. Trend:
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları keçirilib.
Trend-in məlumatına görə, Fransanın PSJ klubu İspaniyanın "Real" (Madrid" klubunu qəbul edib.
Oyun meydan sahibinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 90+4-cü dəqiqədə Kilian Mbappe vurub.
Qeyd edək ki, cavab qarşılaşması martın 9-u Madriddə baş tutacaq.