...

Ronaldo 6 oyundan sonra ilk dəfə qol vurub

İdman Materials 16 Fevral 2022 04:09 (UTC +04:00)
Ronaldo 6 oyundan sonra ilk dəfə qol vurub

Bakı. Trend:

İngiltərə Premyer Liqasının 25-ci turu çərçivəsində "Mançester Yunayted" "Brayton"u qəbul edib.

Trend-in məlumatına görə, oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları Kruştiano Ronaldo (51-ci dəqiqə) və Bruno Fernandeş (90+7) vurublar.

Sözügedən oyunda K.Ronaldo 30 dekabr 2021-ci ildən davam edən altı oyunluq qolsuzluq seriyasına son qoyub. Son dəfə portuqaliyalı hücumçu dekabrın 30-u İngiltərə çempionatında "Börnli" ilə fərqlənmişdi.

Qeyd edək ki, 25 oyundan sonra 43 xal toplayan "Mançester Yunayted" turnir cədvəlində dörüdüncü, "Brayton" isə 24 oyuna 33 xalla doqquzuncu yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti