...

"Bavariya" 10-cu dəfə Almaniya Superkubokunu qazanıb

İdman Materials 31 İyul 2022 00:54 (UTC +04:00)

Bakı. Trend:

Almaniya Superkuboku uğunda keçirilən oyunda "Bavariya" futbol klubu "Leypsiq" komandasını 5:3 hesabı ilə məğlub edib.

Trend-in məlumatına görə, oyun Leypsiq şəhərində keçirilib.

Məlumata əsasən, qaliblər sırasında qolları Camal Musiala (14-cü dəqiqə), Sadio Mane (31), Benjamin Pavard (45), Serj Qnabri (66) və Leroy Sane (90+8) vurublar.

"Leypsiq"in heyətində Marsel Halstenberq (60), Kristofer Nkunku (77, penaltidən) və Dani Olmo (89) fərqləniblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti