...

Voleybolçularımız Sloveniya yığmasına uduzub

İdman Materials 7 Sentyabr 2022 21:30 (UTC +04:00)

Bakı. Trend:

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Trend xəbər verir ki, millimiz səfərdə Sloveniya yığmasının qonağı olub. Maribor şəhərində təşkil olunan qarşılaşma Sloveniya seçməsinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İki komanda arasında sentyabrın 3-də Bakıda keçirilmiş görüşdə də Sloveniya eyni hesabla qalib gəlmişdi. Hazırda Sloveniya yığması 14 xalla qrupda birinci, Azərbaycan isə 9 xalla ikinci pillədə qərarlaşıb.

Sloveniya artıq Avropa çempionatına vəsiqəni təmin edib. Azərbaycan millisi isə qrup ikincisi kimi mərhələ adlamaq şansını saxlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti