...

Şuşada keçirilən beynəlxalq şahmat turnirində iştirak etməkdən çox şadam - İran şahmatçısı

İdman Materials 24 Sentyabr 2022 22:49 (UTC +04:00)
Şuşada keçirilən beynəlxalq şahmat turnirində iştirak etməkdən çox şadam - İran şahmatçısı

Şuşa. Trend:

Şuşada keçirilən Beynəlxalq Şahmat Turnirində iştirak etdiyim üçün çox şadam, dəvətə görə təşkilatçılara minnətdaram.

Bunu Trend-ə sentyabrın 21-24-də Şuşa şəhərində keçirilən "Shusha Chess 2022" beynəlxalq şahmat turnirində iştirak edən İran şahmatçısı Parham Maqsudlu deyib.

"Rəqiblərimə də minnətdaram ki, onlar çox güclü rəqiblər oldular və mənə özümü göstərmək imkanı verdilər. Nəticələrimdən, ikinci yeri tutmağımdan razıyam. Ümid edirəm ki, yenidən bu turnirdə iştirak etmək imkanım olacaq", - deyə P.Maqsudlu bildirib.

Qeyd edək ki, turnir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti