...

Bakıda “Ocaq Sport” klubunun bədii gimnastika üzrə 2-ci açıq birinciliyinə start verilib (FOTO)

İdman Materials 4 Aprel 2023 12:25 (UTC +04:00)
Bakıda “Ocaq Sport” klubunun bədii gimnastika üzrə 2-ci açıq birinciliyinə start verilib (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 4-də Bakı Olimpiya İdman Kompleksində “Ocaq Sport” klubunun bədii gimnastika üzrə 2-ci açıq birinciliyinə start verilib.

Trend bu barədə çərşənbə axşamı xəbər verir.

Yarışda “Ocaq Sport” klubu, “Abşeron OİK”, “Ağdaş” OİK, “İOEUG” Gimnastika Məktəbi, “Gəncə” OİK, “Ocaq Sport” klubunun Hövsan bölməsi, “Şağan” OİK, “Grasiya” İK və “Sumqayıt” OİK “Qusar” OİK, “Kür” Olimpiya Tədris İdman Mərkəzi, “Qax” OİK, “RKİM”, “Şəmkir” Gənclər Evi, “Su İdman Sarayı” və “Zirə” Mədəniyyət Mərkəzi Eko-Park-dan 340 gənc gimnast iştirak edir.

Birincilikdə gimnastlar fərdi proqramla yanaşı, qrup hərəkətləri proqramı ilə çıxış edirlər.
Yarışlar balacalar (2016-2017-ci il), balacalar (2013-2015-ci il), yeniyetmələr (2011-2012-ci il), gənclər (2008-2010-ci il) yaş kateqoriyaları üzrə keçirilir.

Yarışlar 4 və 5 aprel tarixlərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti