...

Şahmat üzrə İddiaçılar Turnirinin Bakıda keçirilməsi üçün danışıqlar aparılır - Mahir Məmmədov

İdman Materials 29 İyul 2023 17:52 (UTC +04:00)
Şahmat üzrə İddiaçılar Turnirinin Bakıda keçirilməsi üçün danışıqlar aparılır - Mahir Məmmədov
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan və Beynəlxalq Şahmat Federasiyası (FIDE) Şahmat üzrə İddiaçılar Turnirinin Bakıda keçirilməsi ilə bağlı danışıqlar aparır.

Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov Bakıda keçiriləcək Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Dünya Kuboku ilə bağlı mətbuat konfransında deyib.

O vurğulayıb ki, şahmat üzrə dünya çempionatının növbəti dəfə Azərbaycanda keçirilməsi beynəlxalq idman təşkilatlarının ölkəyə olan etimadından xəbər verir.

M.Məmmədovun sözlərinə görə, Bakıda keçiriləcək Dünya Kubokunda 300-dən çox idmançı mübarizə aparacaq.

"İndiyə qədər bu qədər şahmatçı qəbul etməmişdik. Əminəm ki, həm şahmata baxmağı sevənlər üçün, həm də təbii ki, şahmatçıların özləri üçün ən yaxşı şərait yaradılacaq. Həmçinin inanıram ki, şahmatçılarımız bu yarışda layiqli yer tutacaqlar”, - deyə Azərbaycan Şahmat Federasiyasının prezidenti əlavə edib.

Qeyd edək ki, yarış iyulun 30-da başlayacaq və avqustun 25-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti