...

Şahmat üzrə Dünya Kuboku: üçüncü turun birinci partiyaları oynanılıb

İdman Materials 5 Avqust 2023 22:43 (UTC +04:00)
Şahmat üzrə Dünya Kuboku: üçüncü turun birinci partiyaları oynanılıb
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda üçüncü turun birinci partiyaları oynanılıb.

Trend-in məlumatına görə, üçüncü turda altı Azərbaycan şahmatçısı iştirak edir. Teymur Rəcəbov, Rauf Məmmədov, Nicat Abasov, Abdulla Qədimbəyli və Ülviyyə Fətəliyeva bu gün ilk oyunda heç-heçə edib, Qədir Hüseynov isə məğlub olub.

İkinci partiya avqustun 6-da keçiriləcək.

Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Bakıda keçirilən Şahmat üzrə Dünya Kubokunun start siyahısında açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı yer alıb. Şahmat üzrə Dünya Kuboku Azərbaycanda ikinci dəfədir keçirilir. İlk dəfə olaraq, 2024-ci il kişi namizədlər turniri və qadın namizədlər turnirində həm açıq, həm də qadın bölmələrindən ən yaxşı üç oyunçu iştirak edəcək.

FİDE Dünya Kuboku 2023 oyunları yarışın rəsmi saytında Azərbaycan və ingilis dillərində yayımlanır. Müsabiqə avqustun 25-dək davam edəcək. Kubokun mükafat fondu 2,5 milyon dollar müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti