Bakı. Trend:
Sentyabrın 30-da saat 17:00-dan 19:00-dək “Dədə Qorqud” parkı ərazisində “İdman hamı üçün” layihəsi çərçivəsində avarçəkmə təlimi keçiriləcək.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Təlimin təşkilində məqsəd əhali arasında idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkilidir.
Qeyd edilir ki, əraziyə giriş sərbəst olacaq.