...

Çempionlar Liqası: “Arsenal”dan darmadağın, “İnter”dən geridönüş

İdman Materials 30 Noyabr 2023 02:21 (UTC +04:00)
Çempionlar Liqası: “Arsenal”dan darmadağın, “İnter”dən geridönüş

Bakı. Trend:

Noyabrın 29-da Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda növbəti oyunlar keçirilib.

Trend-in məlumatına görə, A qrupunda mübarizə aparan “Bavariya” öz meydanında “Kopenhagen”in müqavimətini qıra bilməyib – 0:0. B qrupunda “Arsenal” “Lans”ı darmadağın edib. Meydan sahibləri Fransa klubunun qapısından 6 cavabsız top keçirib – 6:0.

Günün maraqlı qarşılaşmalarından biri Madriddə oynanılıb. “Real Madrid” öz meydanında “Napoli”dən üstün olub – 4:2. Milanın “İnter” klubu isə səfərdə “Benfika” ilə matçda 0:3 hesabı ilə geri düşdüyü oyunda heç-heçəyə nail olmağı bacarıb. Matç 3:3 hesabı ilə yekunlaşıb.

“Braqa” – “Union” (1:1) və “Real Sosyedad” – “Zaltsburq” (0:0) görüşləri isə heç-heçə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti