...

Xankəndi–Bakı ultra marafonu: Ucardan start götürən üçüncü mərhələ Hacıqabulda başa çatıb (FOTO)

İdman Materials 3 Mart 2024 03:18 (UTC +04:00)
Xankəndi–Bakı ultra marafonu: Ucardan start götürən üçüncü mərhələ Hacıqabulda başa çatıb (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“İdman həftəsi” çərçivəsində martın 2-də “Qürurla irəli!” şüarı ilə Xankəndi–Bakı ultra marafonunun 3-cü mərhələsi keçirilib.

Gənclər və İdman Nazirliyindən Trend-ə bildirilib ki, 21 nəfərin iştirakı ilə Ucardan start götürən üçüncü mərhələ 88 kilometr məsafəni əhatə edərək, Hacıqabulda başa çatıb.

17 nəfərin finişə çatdığı 3-cü mərhələdə kişilər arasında Artyom Əliyev birinci, Murat Kaya ikinci, Seymur Şahbazov üçüncü olublar. Qadınlar arasında isə finişə Svetlana Şepeleva (Moldova) və Leyla Abidinova (Azərbaycan) çatıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti