...

Olimpiyaçımız Avropa çempionu olub

İdman Materials 22 İyun 2024 11:11 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan avarçəkəni Diana Dımçenko Avropa çempionu tituluna yiyələnib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, olimpiyaçımız bu uğura Polşanın Qdansk şəhərində keçirilən sahil avarçəkməsi və çimərlik sprint üzrə qitə birinciliyində imza atıb.

Millimizin lideri bir nəfərlik qayıqla təsnifat mərhələsində finişə birinci çataraq A finalına yüksəlib. Həlledici mərhələdə 5-ci sırada mübarizə aparan Dımçenko irlandiyalı Dukarska Monika və finlandiyalı Karpinen Eavanı geridə qoyaraq fəxri kürsünün birinci pilləsinə yüksəlib.

İki nəfərlik qayıqda Bakı Avarçəkmə və Kanoe İdman (BAKİ) klubunun üzvləri Murad Sadıqov - Boqdan Qladçenko cütlüyü də A finalında mübarizə aparıb. Finalda idmançılarımız 6-cı yerdə qərarlaşıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti