Bakı. Trend:
"Paris-2024" Yay Olimpiya Oyunlarında iyulun 30-da keçirilməsi planlaşdırılan triatlon yarışı yenidən təxirə salınıb.
Trend xəbər verir ki, yarışın keçirilməli olduğu Sena çayında çirklənmə səviyyəsinin çox yüksək olması buna səbəb olub.
Triatlon yarışına əslində ötən gün başlanmalı idi, amma Sena çayındakı suyun keyfiyyətinin aşağı olması səbəbindən yarış bu günə təxirə salınmışdı.
Yarışdan əvvəl suyun Dünya Triatlonu tərəfindən müəyyənləşdirilmiş standartlara uyğunluğu yoxlanılacaq.
Qeyd edək ki, Azərbaycanı triatlon yarışında Rostislav Pevtsov təmsil edir.