Bakı. Trend:
Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti xoşagəlməz hadisə yaşanıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, açıq havada üzgüçülük yarışlarında iştirak edəcək idmançıların Senadakı bugünkü məşqi çaydakı suyun çirkli olması səbəbindən ləğv edilib.
Bu, Fransa paytaxtında yaşanan 5-ci belə haldır. Daha öncə eyni səbəbdən triatlonçuların 4 məşqini ləğv edilib.
Qeyd edək ki, açıq suda üzgüçülük yarışının avqustun 8-9-da keçirilməsi planlaşdırılır.