...

UEFA Çempionlar Liqasının yeni formatda ilk püşkü atılıb

İdman Materials 29 Avqust 2024 22:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkatma mərasimi Monakoda keçirilib.

Trend xəbər verir, liqa mərhələsi sentyabrın 17-19-da keçiriləcək oyunlarla start götürəcək və 2025-ci il yanvarın 29-da sona çatacaq. İlk 8 pillədə yer alan komandalar birbaşa 1/8 finala yüksələcəklər.

Turnir cədvəlində 9-16-cı yerləri tutan komandalar 17-24-cü yerləri tutan rəqiblərlə pley-off oyunlarında qarşılaşacaqlar. 8 cütün qalibi növbəti mərhələyə keçəcək. Liqa mərhələsində ilk “24-lüy”ə daxil olmayan komandalar isə avrokuboklarla vidalaşmalı olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti