Bakı. Trend:
Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı əsasında keçirilən akademik avarçəkmə, kayak və kanoe üzrə Azərbaycan çempionatına start verilib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışda Bakı və Mingəçevirdən olan 100-dən artıq idmançı mübarizə aparır.
Ölkə çempionatında avarçəkənlər kayak və kanoe növlərində 1 və 2 nəfərlik qayıqlarda 200, 500 və 1000 metr məsafədə çıxış edirlər. Akademik avarçəkmədə isə iştirakçılar 1, 2 və 4 nəfərlik qayıqlarda 1000 və 1500 metr məsafədə güclərini sınayırlar.
Qeyd edək ki, qalib idmançılar diplom və medallarla mükafatlandırılmaqla yanaşı, oktyabrda baş tutacaq ənənəvi “Mingəçevir Reqatası” beynəlxalq turnirində iştirak hüququ qazanacaqlar.