Bakı. Trend:
İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatının 4-cü günündə qadın güləşçilərin yarışında ilk medalçılar bəlli olacaq.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, millimizin 2 medal qazanmaq şansı var.
Nərgiz Səmədova (55 kq) və Ruzanna Məmmədova (59 kq) bürünc medal uğrunda güləşəcək.
U-20 dünya çempionatı
Yunan-Roma güləş
Bürünc medal
55 kq
Nərgiz Səmədova ilk olaraq çinli Lixuan Çendən güclü olub. Dramatik
keçən görüşdə Səmədova 18:13 hesabı ilə qalib gəlib. Nərgiz 1/4
finalda monqolustanlı Kalium Byambasurenə 2:6 hesabı ilə uduzub.
Onun rəqibi finala vəsiqə qazandığından, güləşçimiz bürünc uğrunda
təsəlliverici görüşədə kanadalı Medsın Keytlinə qalib gələrək
bürünc medal uğrunda yarışmaq imkanı əldə edib. Onun rəqibi
yaponiyalı Honda Karina olacaq.
59 kq
Ruzanna Məmmədova ilk görüşdə polşalı Nikola Vasilevskayanı 4:2
hesabı ilə üstələyib. Məmmədova 1/4 finalda çinli Yifan Zhunu (4:0)
üstələyib. Ruzannanın yarımfinalda rəqibi Sakura Onişi (Yaponiya)
olub. Görüş asiyalı güləşçinin qələbəsi ilə başa çatıb. Ruzanna
bürünc medal uğrunda Koman Komal (Hindistan) ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan yığması mundialda 25 idmançı ilə təmsil olunur. Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq.